Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Üzeyir Hacıbəylinin ev - muzeyində muzeyin fəaliyyətinin 50 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunur. Vətəndaşlar və xarici qonaqlar noyabrın 22 - dən ilin sonunadək muzeyə ziyarət zamanı sərgi ilə tanış ola bilərlər.
Dahi Azərbaycan bəstəkarı, musiqişünas, alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir bəy Hacıbəylinin еv мuzeyi 1975-ci il, noyabrın 20-dəÜmummilli lider Heydər Əliyevin göstərişi və iştirakı ilə açılmışdır. Muzey Bakıda – Şamil Əzizbəyov küçəsi (keçmiş Verxnaya Priutskaya, sonralar Кetsxoveli) еv 67-də yerləşir.
Bəstəkar bu evdə 1915-1942-ci illər ərzində yaşayıb yaratmışdır.
Еv muzeyi memorial və inzibati binalardan ibarətdir. Memorial hissəyə dəhliz, 4 оtaq, şüşəbənd və kinozaldaxildir.Muzeyə gələn tamaşaçılar həm də muzeyin kinozalında Ü.Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən, həmçinin onun “O olmasın, bu olsun” operettası və dünya şöhrətli “Arşın mal alan” kimi operettası əsasında çəkilmiş filmləri seyr etmək imkanı əldə edirlər.
Muzeydə bəstəkarın zəngin həyat və yaradıcılığını əks etdirən materiallar və şəxsi əşyalar, əlyazmalar, qədim kitablar qorunur. Burada həmçinin Azərbaycanın görkəmli rəssamlarının və heykəltaraşlarının əsərlərindən ibarət nümunələr, xalçalar, milli musiqi alətləri və müxtəlif qiymətli hədiyyələr nümayiş olunur.
Muzeydə bəstəkarın yaradıcılığından əlavə onun məişətini əks etdirən ekspozisiya maraq doğurur.
*Bazar günü muzey 10:00-17:00 kimi fealiyyət görsədir.

2 ₼-dan
1 ₼-dan
1 ₼-dan
20 ₼-dan
1 ₼-dan
1.5 ₼-dan