Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı

Tədbir haqqında

Qeyd: Bu əraziyə daxil olmaq üçün "yolumuzgarabaga.az" saytında qeydiyyatdan keçməlisiniz!

Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının XIX əsrin ikinci yarısında tikilmiş binası şəhərin Yuxarı məhəlləsində yerləşir. Ekspozisiyada vaxtilə təxliyə edilmiş və əsasən XVIII-XX əsrlərə aid eksponatlar nümayiş olunur. Burada ümumilikdə 92 ədəd xovlu və xovsuz xalça, xalça məmulatları, arxeoloji materiallar, milli tikmə və geyim dəstləri, zərgərlik və bədii metal nümunələri sərgilənir. Bu sənət əsərləri qədim Qarabağ torpağının ruhunu, əsrlərlə burada yaşayıb-yaratmış insanların, o cümlədən sənətkarların həyat və məişətini, estetik zövqünü, bədii dünyagörüşünü duymağa, həmin tarixi mühiti təsəvvür etməyə imkan yaradır.

Qeyd edək ki, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı 19 may 1987-ci il tarixindən fəaliyyət göstərir. Qarabağ torpaqlarının Ermənistanın işğalına məruz qaldığı dövrdə – 29 fevral 1992-ci ildə burada saxlanılan eksponatlar təxliyə edilib. Beləliklə, Şuşa filialının kolleksiyasındakı 246 eksponatdan 183-ü Bakıya gətirilib. Şəhər işğal altında olduğu dövrdə Şuşa filialı fəaliyyətini Bakıda, Azərbaycan Milli Xalça Muzeyində davam etdirib.

 

Azərbaycan Respublikası vətəndaşları üçün

Biletin növü

Qiyməti (AZN)

Böyüklər

3

Tələbə  və məktəblilər

1

Xarici vətəndaşlar üçün

Biletin növü

Qiyməti (AZN)

Böyüklər

8

Tələbə  və məktəblilər

4

 

Muzeydə bələdçi xidməti

1-10 nəfərə qədər ekskursiya xidməti – 5 AZN.

Bütün muzeylər və sərgi məkanlarının iş saatları :

Bazar ertəsindən başqa hər gün saat 9:00-dan 18:00-a qədər.

 

Yaş məhdudiyyəti / Dil

0+ / Multilingual
Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı