Gəncə Memorial Kompleksi

Tədbir haqqında

Gəncə Memorial Kompleksi — İkinci Qarabağ müharibəsinin gedişatında Ermənistan ordusu tərəfindən törədilən mülki cinayətləri əks etdirən Azərbaycanın Gəncə şəhərində memorial. Kompleks raket zərbələrinə məruz qalmış mülki yaşayış binalarının və keçmiş parkın yerləşdiyi ərazidə yaradılıb. Gəncə Memorial Kompleksinin təməli 2022-ci ilin 30 yanvar tarixində qoyulub və 2025-ci ilin 27 sentyabr tarixində — Anım Günündə kompleksin açılışı olmuşdu.  2020-ci ilin oktyabrında, İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhəri Ermənistan ordusu tərəfindən 5 dəfə bombalanmışdır. Raket zərbələri nəticəsində ümumilikdə 27 nəfər həyatını itirib, 125 nəfər yaralanıb. Həmçinin raket zərbələri nəticəsində çox sayda bina zərər görmüş və ərazidə krater yaranmışdır. Kompleksin ümumi sahəsi 4 hektar təşkil edir. Abidə spiralvari forması ilə raketin yerdə buraxdığı iz – krateri simvolizə edir.Ermənistan ordusu tərəfindən atılmış raketin izini simvolizə edən spiralvari kraterin dərinliyi 13 metrdir.Dağıdılmış binaların qalıqları isə kompleksin açıq meydanında xüsusi instalyasiya şəklində qorunub saxlanılıbdır. Ümumi sahəsi 2400 kvadratmetr təşkil edən aypara formasında ikimərtəbəli binanın birinci mərtəbəsində muzey ekspozisiyası, ikinci mərtəbədə isə seminar, təlim və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş çoxfunksiyalı zal yerləşir.Muzeydə "XX əsrin əvvəli", "Deportasiya və məcburi köçkünlük", "Soyqırımı və kütləvi qırğınlar", "Atəşkəs və Vətən müharibəsi dövrü", "İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru" və "İşıqlı gələcəyə doğru" mövzularına həsr olunmuş zallar var.Ərazidəki parkda yaşıllaşdırma işləri aparılacaq, 700-ə yaxın ağac, 12 mindən çox dekorativ kol və güllər əkiləcək.

Yaş məhdudiyyəti / Dil

0+ / Multilingual
Gəncə Memorial Kompleksi Gəncə Memorial Kompleksi