Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Azərbaycan Dövlət Kukla Teatrı yerli və xarici klassiklər, eləcə də müasir yazarlar ilə yanaşı, mütəmadi olaraq, türk xalqlarının şifahi xalq ədəbiyyatı nümunələrinə də müraciət edir. Bunun nəticəsi olaraq ötən mövsümdən repertuara “Leyləyin hədiyyəsi” adlı maraqlı və ibrətamiz tamaşa da daxil edilib.
Qardaş özbək xalq ədəbi nümunələrindən komik hadisələrlə zəngin “Vur dəyənək!” nağılı əsasında özünün fərqli səhnə həllini tapan tamaşa “Leyləyin hədiyyəsi”dir. Tamaşada balacalara artıq tamahın insana yalnız pislik etdiyi, onu gücsüz və tək qoyması da təlqin olunur.

5 ₼-dan
10 ₼-dan
7 ₼-dan
10 ₼-dan
8 ₼-dan
15 ₼-dan