Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Məşhur “Düyməcik” (müəllif H. X. Andersen) nağılının hekayəti hamıya məlumdur: Bir qadının övladı olmur. O isə ana olmaq üçün hey dualar edir. Günlərin bir günü sehrbaz qarı ona bir arpa dənəsi verir və onu dibçəkdə əkməyi tapşırır. Qadın arpa dənəsini əkir və qəfildən dibçəkdə laləyə bənzər gözəl çiçək göyərir. Gülün içində kiçik bir qız oturmuşdu. Qızın boyu bir düymə boyda idi.
Buna görə də onu Düyməcik adlandırırlar. Onun üçün qoz qabığından yataq, bənövşələrdən döşək, böyük yaşıl yarpaqdan isə yorğan düzəldirlər. Bir gecə Düyməciyin yatdığı otağın pəncərəsinin sınıq gözündən içəriyə yekə bir qurbağa hoppanır və qızı görüb bəyənir, onu oğluna gəlin seçir.
Beləcə başına çoxlu hadisələr gələn Düyməcik bir zamanlar sağaltdığı qaranquş sayəsində xilas olur və Çiçəklər şahzadəsi ilə evlənərək xoşbəxt olur.

10 ₼-dan
7 ₼-dan
10 ₼-dan
8 ₼-dan
15 ₼-dan
7 ₼-dan