N. V. Qoqol "Müfəttiş"
Rus ədəbiyyatının görkəmli nümayəndəsi N. V. Qoqolun “Müfəttiş” əsəri mövzu və ideyasına görə bütün dövrlər üçün aktualdır.
Məxfi müfəttişin gəlişindən xoflanan, vahiməyə düşən şəhər elitası peterburqlu kiçik bir
çinovniki - cavan Xlestakovu yoxlama aparacaq dövlət məmuru kimi qəbul edir.
Xlestakov əvvəl heç nə anlamasa da, sonra hər şey ona məlum olur və məmnuniyyətlə müfəttiş rolunu oynayaraq, işlərinin öhdəsindən gəlməyən riyakar, rüşvətxor məmurlardan külli–miqdarda rüşvət yığıb aradan çıxır.
Onun gedişindən sonra yayılan xəbərdən hamı dəhşətə gəlir. Xlestakovun dostuna yazdığı məktub təsadüfən ələ keçir və məlum olur ki, əsl müfəttiş şəhərə indi gəlir.
Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur.