Əli Əmirli
“Varlı qadın”
"Varlı qadın" tamaşası böyük pulların insan mənəviyyatı və ailə dəyərləri üzərində hökmranlığı
haqqındadır. Tamaşanın qəhrəmanları qəfil və gözlənilməz xəbərdən təkcə maddi azadlıq əldə etmirlər,
həm də mənəvi eybəcərliyə könüllü təslim olurlar.
Həvva Zərlinskaya və professor Qara maddi ehtiyac hissi ilə yaşayırlar. Ailə-məişət sıxıntıları
onların bir-birinə olan hörmət hissini itirib, mübahisələr tez-tez komedik situasiyalar yaradır. Yeganə
övladları bu vəziyyətlə barışmaq istəmir. Onda valideynlərinə və ümumiyyətlə, ətrafa qarşı laqeyd
münasibət formalaşdırır.
Qəfil xəbər isə özünü çox gözlətmir. Həvvanın intihar anında qapı döyülür. Vəkil bildirir ki, Həvva
Zərlinskayanın xaricdə vəfat edən qohumu miras qalan öz var-dövlətini ona vəsiyyət edib. Var-dövlətə
hüquqi tərəfdən sahib olmaq üçün isə Həvva boşanıb mərhumun nəslindən olan kişi ilə yenidən
evlənməlidir.
Komediya janrında olan tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya
Respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.