Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Qəhrəmanımız bənnadır. Zəhmətkeş gənc bənna Bilal sən demə illər əvvəl Cadugər tərəfindən edilmiş tilsimi qırır.
Belə ki, Padşaha qəzəblənən Cadugər onun hayıfını Şahzadədən çıxır və onu tilsimləyir. Qızın bilərziyini tilsimləyir, onu da bir güldanın içinə atır.
Bu minvalla illər keçir. Amma heç kim bu sirrin üstünü aça bilmir. Ta ki Bilal o güldanı sındırana qədər.
Bir gün bir evin damını təzələyən Bilal bu əhvalatı eşidir. Hadisəni ona qoca kəndli danışır. Başı nəql olunan məsələyə qarışan Bilalın çəkici əlindən çıxır və işlədiyi evin eyvanındakı güldana dəyir. Güldan qırılır və bilərzik yerə düşür.
Bununla da tilsim sınmış olur və Bilal o bilərziyi götürüb birbaşa saraya yollanır. Beləcə qızın həyatı xilas edilir.

5 ₼-dan
10 ₼-dan
7 ₼-dan
10 ₼-dan
8 ₼-dan
15 ₼-dan