Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Eduardo de Filippo “FİLUMENA MARTURANO”
İtaliyanın məşhur komedioqrafı, dramaturqu, ssenaristi, rejissoru, aktyoru Eduardo de Filipponun “Filumeno Marturano” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa insanlar arasında olan sosial ziddiyyətlər, qadın hüquqları və cəmiyyətdəki təbəqələşmənin törətdiyi fəsadlar haqqındadır.
Filumeno Marturano sevdiyi Dominiko Sorianonun uzun müddət məşuqəsi, qulluqçusu, evinin xidmətçisi olsa da həyat yoldaşı ola bilmir. Filumeno Marturano səbrlə Dominikonun haçansa ona evlilik təklif edəcəyini gözlədiyi bir vaxtda, onun gənc bir qızla evlənmək istədiyini eşidir. Bu xəbər onu sarsıdır və o Sorianoya ibrət dərsi verib, səhv addımdan çəkindirmək üçün, özünü axır günlərini yaşayan insan kimi təqdim edərək, son arzusunun ərli qadın kimi həyatdan köçmək olduğunu bildirir. Evin qulluqçusu, nökəri və hətta keşiş də bu işdə qadına yardımçı olurlar. Filumeno Marturano istəyinə nail olub, Dominiko Sorianonun kəbinli xanımı olur və dərhal ölüm yatağından qalxaraq, insafsız sevgilisinə meydan oxuyur. Dominiko aldandığını anlasa da artıq gecdir. Sonrakı hadisələr Filumeno Marturanonun istədiyi şəkildə cərəyan edir.
Dünyaca məhşur olan əsərin dəqiq tapılmış rejissor yozumunda özünəməxsus aktyor ifalarını tamaşaçılar maraqla izləyirlər.

5 ₼-dan
10 ₼-dan
7 ₼-dan
10 ₼-dan
8 ₼-dan
15 ₼-dan