Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
EMMA
Ceyn Ostinin romanı əsasında
Tərcümə: M. İ. Kan
Bir hissəli romantik melodrama
Quruluşçu rejissor – Raula Turkan
İnszenirovka – Azərbaycan Respublikasının Əməkdar Artisti İnna İmranova
Səhnə tərtibatçısı – Mustafa Mustafayev
Geyim üzrə rəssam – Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Olqa Abbasova
Musiqi tərtibatı – Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Vladimir Neverov
Xoreoqraf – Azərbaycan Respublikasının Əməkdar Artisti Nigar Rzayeva
Rejissor köməkçisi – Yuliya Limareva
Tamaşada iştirak edirlər:
Azərbaycan Respublikasının Əməkdar Artistləri: İnna İmranova, Milana Sokolenko, Salman Bayramov
Eləcə də teatr aktyorları: Dilarə Nəzərova, Rəşad Əliyarov, İbrahim Çingiz, Səbinə Asim, Rüfət Nəzərov, Səma Vəliyeva, Marina Litvinenko, Zaur Teregulov, Rumiya Ağayeva, Gövhər Şahbanova, Fərid Hüseynov, Fidan Ağaverdiyeva, Mirzəağa Axundzadə
“Emma” tamaşası Ceyn Ostinin eyni adlı romanının motivləri əsasında qurulmuşdur. Tamaşa incə yumoru, xarakterlərin dərin müşahidəsini və insan münasibətlərinin əbədi suallarını özündə birləşdirir. Səhnədə hazırcavablıq sadəlövhlük, qürur isə səmimi bağlılıqla yanaşı canlanır.
Əsərin mərkəzində Emma Vudhaus – gözəl, ağıllı və varlı varisə dayanır. O, özünü ətrafdakıların taleyinə müdaxilə etmək hüququna malik hesab edir. Svadniklik həvəsi dostlarının və qonşularının həyatını həm gülməli, həm də dramatik vəziyyətlərə çevirir. Amma bu “zərərsiz” məşğuliyyət qəhrəman üçün ciddi sınağa çevrilir, onu xətaları ilə üz-üzə qoyur və özünü kəşf etməyə məcbur edir.
Tamaşa əsərin psixoloji dərinliyini ön plana çıxarır: təkəbbür və şöhrətpərəstlik insanı yetkinliyə aparan dərs olur, həqiqi sevgi isə yalnız maskalar düşəndə mümkündür.

5 ₼-dan
10 ₼-dan
7 ₼-dan
10 ₼-dan
8 ₼-dan
15 ₼-dan