Pərvin Nurəliyeva “Mən öləndə ağlama”
Yaş reytinqi: 16+
Müəllif: Pərvin Nurəliyeva
Quruluşçu rejissor: Ayla Osmanova
Tək ifa: Səbinə Məmmədzadə
Janr: tək ifa üçün lirik dram
Tamaşanın müddəti: – 55 dəqiqə
Valideynlərinin laqeyd münasibətindən təklənmiş Leyla ailə münaqişələrindən bezir. Anası dünyasını dəyişəndən sonra atasını saxlamaq üçün özünə iş axtarır. Lakin hər iş yeri onun üçün bir sarsıntıya çevrilir. Nəhayət, ali təhsil alıb, bir hüquqşünas kimi, qadın hüquqlarını müdafiə etməyə cəhd göstərir. Bu zaman səlahiyyətli vəzifə adamı ona vurulur. Onlar arasında olan eşq hekayəsi də nakam qalır.
Beləliklə, Leyla həyatın sınaqlarına tab gətirmir, psixi sarsıntılar yaşayır və psixoloji dispanserə düşür. Elə tamaşanın dramatik hadisələri də psixoloji dispanserdə Leylanın xatirələri əsasında cərəyan edir.
Tamaşa cəmiyyətə bir mesaj ötürür: insan harada olursa-olsun, azad deyilsə, deməli, yaşamaq hüququ əlindən alınmışdır. Yalnız azad insan, xüsusilə də, azad qadın sahib olduqlarına görə özünü xoşbəxt hiss edə bilər.