"Pişiyin evi"

Tədbir haqqında

Samuel Marşakın ibrətamiz hekayəti uşaqların dünyasında bir başqa bərq vurur. Təbii ki, əsas səbəbi də nüvəsində bəşəri dəyərlərin uşaq dünyasına ustalıqla sığışdırılmasıdır. Kuklaçı rejissor Anar Məmmədovun fərqli üslubda hazırladığı bu tamaşa daim balacaların tələb etdiyi səhnə işlərindəndir. Tanınmış uşaq yazıçısı, dramaturq və tərcüməçi Samuil Marşakın “Pişiyin evi” nağılının səhnə yolunun da maraqlı tarixçəsi var. Belə ki, tamaşa əməkdar artist, usta kuklaçı  Rəhman Rəhmanovun 60 illik yubileyi münasibətilə səhnələşdirilib. Birhissəli uşaq tamaşasında kuklalarla yanaşı, canlı planda aktyor oyunu da qurulub.

İdeyası yalançı dostluğa ikrah, dürüst münasibətə çağırış olan tamaşada uşaqlara lovğalıq, yalançılıq və xudpəsəndlik kimi mənfi keyfiyyətlərdən qaçmaq aşılanır.

Yaş məhdudiyyəti / Dil

3+
"Pişiyin evi" "Pişiyin evi"