Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
“Aydın”
(İkihissəli məhəbbət dramı)
Yaş həddi: 16 +
Müəllif: Cəfər Cabbarlı
Quruluşçu rejissor: Xalq Artisti Cənnət Səlimova
Baş rolların ifaçısı: Əməkdar artistlər Şövqi Hüseynov, Elşən Rüstəmov, aktyorlar Rəşad Səfərov, Şəbnəm Hüseynova, Kərəm Hadızadə, Elşən
Hacıbabayev, Ədalət Əbdülsəməd.
Janr: faciə
Tamaşanın müddəti: I hissə - 1 saat 15 dəqiqə
II hissə - 50 dəqiqə
C. Cabbarlının “Aydın” tamaşası Gültəkinlə Aydının bir-birinə saf məhəbbətinə və bunun fonunda sosial problemlərin insan mənəviyyatına vurduğu zərbədən, ailə faciəsinə səbəb olmasından bəhs edir.
Sizə təqdim olunan bu məhəbbət dramında bir-birini dərin məhəbbətlə sevən Aydınla Gültəkin Dövlət bəy kimi harın milyonerin qurbanına çevrilirlər.
Tamaşanın ideyası bəşəri duyğulara kökləndiyi üçün böyük əhəmiyyət kəsb edir: insanların maddi və mənəvi xilası sədaqətli və düz olmalarındadır.
Bu monumental tamaşa gözəl personaj geyimləri, musiqi dramaturgiyası ilə diqqəti cəlb etməklə yanaşı, həm də maraqlı dekorasiyaya və səhnə geyiminə malikdir.

5 ₼-dan
10 ₼-dan
7 ₼-dan
10 ₼-dan
8 ₼-dan
15 ₼-dan