Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Yaş həddi: 18 +
Müəllif: Jan Anuy (Fransa)
Tərcümə edənlər: Sahib Novruzov, Nofəl Vəliyev
Quruluşçu rejissor: Nofəl Vəliyev (Əməkdar artist)
Baş rolların ifaçıları: Güşvər Şərifova (Əməkdar artist), Aygün Fətullayeva, Kərəm Hadızadə, Hilal Dəmirov, Fəridə Qurbanova
Janr: faciə
Tamaşanın müddəti: I hissə - 1 saat
II hissə - 45 dəqiqə
Yan Anuy “Antiqona”
Antik dövrün ən məşhur və qüdrətli dramaturqlarından sayılan Sofoklun “Antiqona” faciəsinin motivləri əsasında fransız dramaturqu Jan Anuyun yazdığı “Antiqona” dramı arasında iki ciddi məntiqi fərq var: əgər antik təqdimatda qan bağı əsas götürülmüşdürsə, Yan Anuyun təqdimatında insani borc anlayışı əsas təcəssüm vasitəsinə çevrilmişdir.
Tamaşada iki əks qütbdə dayanan təmsilçi – Antiqona və Kreon arasında çox ciddi mübarizə gedir. Şah Edip yeraltı sərdabədə dünyasını dəyişəndən, İokasta intihar edəndən sonra onların qızları Antiqona ətrafın ona münasibətindən tənhalaşır. Ölkənin hökmdarı Kreon İlahi qanunları deyil, özünün yaratdığı qanunları üstün tutur və bütün xalq da onun ardınca gedir. Antiqona yeganə adamdır ki, hökmdarın istəklərinə qarşı çıxır və ona “yox” deməyi bacarır.
Bütün yaxınlarından uzaqlaşmış Antiqona borc anlayışını dərk edir, o, vətəni, ailəsi uğrunda təkbaşına mübarizə aparır.
Antiqonanın ən böyük arzusu qardaşının nəşinin torpağa əmanət olunmasıdır. Lakin qəddar Kreon bundan imtina edir. O, sübut etməyə çalışır ki, qoyduğu qanunların əleyhinə gedən hər kəsin həyatı belə faciə ilə bitəcək.
Antiqona məğlub olur, lakin o, yalnız fiziki cəhətdən dünyanı tərk edir, amma onun arzuları ölümündən sonra gerçəkləşir: fiziki cəhətdən Antiqona məğlub olsa da, mənəvi cəhətdən Kreon məğlub olur. Çünki onun oğlu Hemonun baş verən hadisələrə münasibətindəki fərqlilik bir daha sübut edir ki, o da sədaqətlidir. Lakin nə qədər cəhd göstərsə də, nə atasını, nə də Antiqonanı fikrindən döndərə bilir.
Çox sevdiyi Antiqona intihar edəndən sonra Hemon da intihar edir. Onu xilas edə bilməmək Hemonu sarsıdır, o, həm mübarizədən, həm də bu dünyadan əlini üzür.
Antiqonanın azadlıq uğrunda apardığı mübarizə öz bəhrəsini verir: Antiqonanın bacısı İsmena belə daxilən katarsis halına düşür, dəyişir və and içir ki, sabah o da mübarizlərin arxasınca gedəcək.
Əslində Antiqona sədaqət nümunəsi kimi göstərilir. Nakam Antiqona bütün fəaliyyəti ilə vətənpərvərliyi aşılamaqla yanaşı, həm də sevgidə sədaqətli olmağı tövsiyə edir.

5 ₼-dan
10 ₼-dan
7 ₼-dan
10 ₼-dan
8 ₼-dan
15 ₼-dan