Naxçıvan Heydər Əliyev Sarayı

Naxçıvan Heydər Əliyev Sarayı

Heydər Əliyev Sarayı Naxçıvan Muxtar Respublikasının əsas mədəniyyət ocaqlarından biridir. 1984-cü ildə tikilmiş Heydər Əliyev Sarayının binası əsaslı yenidənqurmadan sonra 2009-cu ildə istifadəyə verilmişdir. Uzunluğu 110 metr, eni 25 metr olan sarayın binasında 586 kvadrat metrlik səhnə, 943 yerlik konsert və 276 yerlik konfrans salonları vardır. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi, Naxçıvan Dövlət Filarmoniyası, Rəsm Qalereyası və Film Fondu da sarayın binasında yerləşir.

Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1, Naxçıvan 7003