Şəki Dövlət Rəsm Qalereyası

Tədbir haqqında

1895- ci  ildə Çar Rusiyasının hərbi hissələri üçün əsgər yataqxanası kimi tikilən, 1982-ci ildən isə Şəki Dövlət Rəsm Qalereyası kimi istifadə edilən bina dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir və Dövlət Turizm Agentliyi tərəfindən 2022-ci ildə bərpa edilib.
Qalereya üç hissədən - giriş, ekspozisiya zalları və inzibati bölmədən ibarətdir.
Rəsm Qalereyasının fondunda 254 eksponat mühafizə olunur. 69 əsər hazırda ekspozisiya zallarında sərgilənir. Ekspozisiyadakı əsərlər Azərbaycan incəsənət tarixi, onun mövzu və üslubca müxtəlif istiqamətlərinin, inkişaf dövrlərini əks etdirir. Qalereyada Elbəy Rzaquliyev, Altay Sadıqzadə,Sakit Məmmədov, Nadir Əbdürrəhmanov, Maral Rəhmanzadə, Səbinə Şıxlinskaya kimi rəssamların, o cümlədən məşhur azərbaycan heykəltaraşları-Albert Mustfayev, Pyotr Sabsay,Elmira Hüseynova, Cəlal Qarayağdı  kimi  korifeylərin əsərləri nümayiş olunur. 

Yaş məhdudiyyəti / Dil

0+
Şəki Dövlət Rəsm Qalereyası Şəki Dövlət Rəsm Qalereyası