Ah, bu uzun sevda yolu

Tədbir haqqında

"Ah,bu uzun sevda yolu"

Tamaşa 1937-ci ildə repressiyanın qurbanı olmuş Mikayıl Müşfiqin nakam ömrü, yarımçıq qalmış yaradıcılığı və məhv edilmiş məhəbbəti haqqındadır.
Tamaşada Mikayıl Müşfiqin və onun ömür-gün yoldaşı Dilbər Axundzadənin nakam taleyi əks olunsa da, əslində, repressiyaya məruz qalmış minlərlə insanın məhv edilmiş nakam taleyi gözümüz qarşısında canlanır.
Mikayıl Müşfiqin qələm dostlarının ona düşmən münasibəti, şairin etirafları, öz faciəsinin mənəvi əzabı altına əzilməsi qanlı repressiya illərinin dəhşətli reallığını göz önündə canlandırır.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətovdur.

Yaş məhdudiyyəti / Dil

13+ / Azərbaycanca
Ah, bu uzun sevda yolu Ah, bu uzun sevda yolu

Məkan yeri
Füzuli Küçəsi 1, Bakı, Azərbaycan