Manqurt

Tədbir haqqında

"Manqurt"

Yaş həddi: 13+

Müəllif: Çingiz Aytmatov

Janr: Epik rəvayət

Dil: Azərbaycan

Tamaşanın müddəti: 45 dəqiqə

 

Səhnələşdirmə və rejissoru: İzamə Babayeva

Rəssam: İlham Elxanoğlu

 

Dünya şöhrətli Çingiz Aytmatovun məşhur ”Gün var əsrə bərabər” romanı əsasında səhnələşdirilmiş “Manqurt” əsəri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində göstərilir.

Manqurt-türk, altay və qırğız əfsanələrində haqqında bəhs edilən şüursuz kölədir. Manqurt halına gətirilmək istənilən insanın başı qırxılaraq, yaş dəvə dərisi sarılır və qolları bağlı halda günəş altında saxlanılır. Dəvə dərisi quruduqca gərilir və gərilən dəri başı sıxaraq, dəhşətli ağrılar verir. Bu zaman insan ağlını itirmək dərəcəsinə çataraq, yaddaşını itirib, manqurta çevrilir. Manqurtlaşdırılan insan yaddaşını itirərək keçmişini, o cümlədən, anasını, dilini, dinini, millətini unudub, sonda köləyə, robota çevrilir. Robota, manqurta və köləyə çevrilmiş insanı, asanlıqla idarə etmək olur. Əsərdə bu amansız cəzanı juanjuanlar tədbiq edirdilər. Onlar tutduqları ərazilərdə yaxaladıqları əsirlə bu cür davranırlar. Tamaşa 2018-ci ildə Qırğısıstanın Beşkek şəhərində keçirilən  “Ç.Aytmatovun-90” illiyinə həsr olunmuş Beynəlxalq Festivalda nümayiş olunmuş  və Əməkdar artist Mehriban Xanlarova “Ən yaxşı qadın  rolunun ifaçısı” kimi fəxri fərmanla təltif olunmuşdur. Tamaşa teatrın repertuarındadır və çox böyük uğurla nümayiş olunur.

Yaş məhdudiyyəti / Dil

13+ / Azərbaycanca
Manqurt Manqurt

Məkan yeri
Füzuli Küçəsi 1, Bakı, Azərbaycan