Vilyam Şekspir “Ledi Maqbet”
V. Şekspirin “Maqbet” faciəsi əsasında hazırlanan “Ledi Maqbet” tamaşasında hadisələrin mərkəzi hərəkətverici qüvvəsi kimi diqqət Ledi Maqbetin üzərində cəmləşib.
Tamaşa qisas arzusu və şöhrətpərəstliyin insan həyatında hansı faciələr yaratdığını göstərir.
Maqbetin Dunkanı öldürməsi geri dönüşü olmayan nöqtədir. Şər hər zaman şər doğur və bu, getdikcə hər tərəfi öz caynağına alır.
Maqbet və Ledi Maqbet cinayətlərini gizlətmək üçün qan tökməyə davam etməyə məcbur olurlar.
Nəhayət Maqbetin Kral olmaq həvəsi onun məhvinə gətirib çıxarır. O, cadugərlərin peyğəmbərliklərini təkəbbürlə yanlış şərh edir, onların şöhrət vədinə inanır.
O, eşitmək istədiklərini eşitmiş, inanmaq istədiklərinə inanmışdı. Hakimiyyət naminə qan tökən Maqbetlər əsil qatillər kimi günah üstə günah qazanırlar.
Məhz bu günahkarlıq hissi onların arzusunda olduqları gücdən həzz almalarına mane olur.
Bu günah onların hər ikisini dəliliyə və İlahi ədalətin hökmü ilə ölümə sürükləyir.
Günah, qan, ölüm, yalan üstündə xoşbəxtlik olmur.
Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımovdur.