"Kənd naamusu" (1 pərdəli opera)
Yaş həddi: 6+
Pyetro Maskanyi "KƏND NAMUSU"
bir pərdəli opera
Dirijor - ƏYYUB QULİYEV, Əməkdar artist
Quruluşulçu rejissor - LÜDVİQ BAUMAN (Almaniya)
Xormeyster - SEVİL HACIYEVA, Əməkdar incəsənət xadimi
İştirak edənlər:
Santutsa - İLAHƏ ƏFƏNDİYEVA, Əməkdar artist
Turiddu - SAMİR CƏFƏROV, Xalq artisti
Luçiya - SƏBİNƏ VAHABZADƏ, Əməkdar artist
Alfio - TALEH YAHYAYEV
Lola - NİNA MAKAROVA
Operanın qısa məzmunu
Zaman: 1880-ci ilin bazar günü səhəri
Kəndlilər kənd meydanından keçərək kilsəyə gedirlər. Santutsa da onların içərisindədir. O nişanlısının anası qoca Lüçiyanın yanına tələsir. Santutsa ümidsizlik içərisindədir, çünki Turidduda yenidən o hərbi xidmətdə ikən dövlətli Alfio ilə evlənən əvvəlki sevgilisi işvəkar Lolaya qarşı məhəbbət oyanmışdır. Lüçiyanın Santutsanı sakitləşdirmək üçün göstərdiyi bütün cəhdlər əbəsdir - Santutsanı qısqanclıq əzabları üzür.
Turiddu meydanda görünür. Santutsa Turidduya yalvararaq onu tərk etməməsini xahiş edir. Lakin Santutsanın sözləri Turidduya təsir etmir. O qızı kobud şəkildə itələyərək kilsəyə yollanan Lolanın ardınca gedir.
Heç nədən şübhələnməyən Alfio uzaq səfərdən kəndə qayıdır. Qəm-qüssədən başını itirmiş Santutsa arvadının ona xəyanət etdiyini Alfioya bildirir. Tezlikdə söylədiklərindən peşman olur, lakin artıq gecdir. Təhqir olunmuş Alfio ailəsinin şərəfinə ləkə vuran Turiddudan amansız qisas almaq qərarma gəlir. Kilsədə ibadət başa çatandan sonra kənd sakinləri meyxanaya toplaşırlar.
Şən bayram Alfionun gəlişi ilə pozulur. Alfio Turiddunun ona uzatdığı şərab qədəhini geri itələyir. Turiddu Alfionun onun Lola ilə olan gizli əlaqəsindən xəbərdar olduğunu başa düşür. Rəqiblə münaqişə labüddür.
Turiddu keçmiş qaydalara uyğun olaraq Alfionu qucaqlayır və sağ qulağını dişləməklə onu döyüşə çağırır. Qərar qəbul edilmişdir, rəqiblər kəndin kənarında görüşəcəklər. Turiddu anası ilə vidalaşır. Gec də olsa Santutsanın sədaqətinə qarşı vicdan əzabı ona rahatlıq vermir. O anasından Santutsanın qayğısını çəkməyi xahiş edir. Qəlbində kədərli hisslər oyanan Turiddu gedir. Lüçiya ilə Santutsa qorxudan bir-birinə sıxılırlar. Kəndli qadınlar Turiddunun ölüm xəbərini gətirirlər. Lüçiya və Santutsa huşsuz vəziyyətdə qadınların qolları arasına düşürlər.