Ləpirçi

Tədbir haqqında

Ləpirçi: Təbiətin Sirli İzləyiciləri

Kəşfiyyata hazırsınız?

Bu unikal Ləpirçi master-klassında övladlarınız təbiət detektivinə çevriləcək! Onlar heyvan izlərini tanımağı öyrənərək, meşənin görünməz sakinlərini “görməyi” bacaracaqlar.

Nə öyrənəcəklər?

Heyvanların izlərini və hərəkət istiqamətlərini necə təyin etməyi

Hər izi bir hekayəyə çevirməyi və yırtıcı ilə ov arasındakı fərqi anlamağı

Təbiətdə sağ qalma və müşahidə bacarıqlarını inkişaf etdirməyi

"Forest School Azerbaijan"ın təcrübəli pedaqoqları ilə övladlarınız unudulmaz bir macəraya atılacaq!

Qeyd: Master-klass sadəcə uşaqlar üçün nəzərdə tutulmuşdur.  Övladınızı master-klass bitdikdən sonra pedaqoq liderimizdən təhvil ala bilərsiniz.

 

Yaş məhdudiyyəti / Dil

6-10 / Azərbaycanca
Ləpirçi Ləpirçi

Məkan yeri
AZ1004, 40 Badamdar şossesi, Bakı