Master - Klass “Art Terapiya”

Master - Klass “Art Terapiya”

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

Rəssam Elşən Karacanın “Art Terapiya” adlı master-klassı keçiriləcək. 

4 dekabr tarixində Muzey Mərkəzində Azərbaycan təsviri sənətində yenilikçi və ekspressiv üslubu ilə seçilən gənc rəssam Elşən Karacanın “Art Terapiya” adlı master-klassı keçiriləcək. 
Tədbirin məqsədi iştirakçıları sənətin şəfalayıcı gücü ilə tanış etmək və gündəlik həyatda yaradıcılığın stresslə mübarizədə necə effektiv rol oynaya biləcəyini göstərməkdir.

Master-klass yaradıcı ifadə, duyğuların sənət yoluyla açılması, stressin azaldılması kimi mövzuları bir araya gətirəcək.

Art terapiya məşğələsində iştirakçılar rəssamın rəhbərliyi ilə öz daxili duyğularını rənglər, xətlər və formalar üzərindən ifadə edəcək, ətraf mühitlə və özləri ilə əlaqə qurmağın yeni yollarını kəşf edəcəklər. Tədbir həm həvəskarlar, həm də peşəkarlar üçün nəzərdə tutulub. 

Master-klass çərçivəsində:

•    Emosional rahatlama və yaradıcı özünüifadə üzrə praktiki məşğələlər

•    Rəssamın şəxsi yaradıcılıq metodlarının tətbiqi

•    Rəng və kompozisiya ilə hisslərin vizuallaşdırılması

•    Qonaqlarla interaktiv sual-cavab və təcrübə mübadiləsi keçiriləcək.

Rəssam  bu dəfə tamaşaçıları və sənətsevərləri yaratdığı sənət dünyasına daha fərqli bir formada baxmağa – art terapiyaya dəvət edir.

Yaş məhdudiyyəti / Dil

14+
Master - Klass “Art Terapiya” Master - Klass “Art Terapiya”

Məkan yeri
Bakı şəhəri, Neftçilər pr., 49 (123a)