Plasido Dominqo

Plasido Dominqo

Tədbir haqqında

Noyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində əfsanəvi tenor Plasido Dominqonun konserti keçiriləcək. 

Plasido Dominqonun Heydər Əliyev Mərkəzindəki repertuarı maraqlı anlarla, o cümlədən Azərbaycan mahnısının ifası ilə yadda qalacaq.

Yarıməsrdən çox davam edən musiqi fəaliyyəti dövründə Plasido Dominqo dünyanın ən tanınmış səhnələrində 150-dən çox əsas opera partiyasının ifaçısı olub. Dominqo həm də dirijor kimi tanınır. Repertuarında 100-dən çox tammetrajlı opera tamaşası, solo yazıları və duetlər var. Dəfələrlə məşhur Metropoliten-operanın mövsümünün açılışını edərək, digər tanınmış opera ifaçısı Karuzonun rekordunu vurub keçməyə nail olub.

1969-cu ildə 28 yaşlı tenor Avropa və Amerika səhnələrini fəth edir. Nyu-York, Paris, Verona, Vyana, Milan, Münxen, Hamburq, Seul, Buenos-Ayres və digər məşhur səhnələrdə çıxış edən Plasido Dominqonun Monserrat Kabalye ilə dueti isə dünyanın ən populyar duetləri sırasında yer alır

Plasidonun bir çox musiqi albomları milyonlarla turajda satılır. O, 9 dəfə “Grammy”, 3 dəfə “Latın Grammy” və digər mükafatların sahibidir. Onun adı ən uzunmüddətli alqış sahibi kimi “Ginnesin rekordlar kitabı”na düşüb. Belə ki, 1991-ci ildə “Otello” tamaşasından sonra Vyanada tamaşaçılar onu 80 dəqiqə ərzində alqışlayıb.

Yaş məhdudiyyəti / Dil

6+ / Español
Plasido Dominqo Plasido Dominqo

Məkan yeri