23 fevral tarixində Heydər Əliyev Sarayının səhnəsində tanınmış rəqqas və xoreoqraf Xesus Erreranın rəhbərliyi ilə İspan flamenko baletinin premyerası təqdim olunacaq.
“Hamlet, melanxoliklərin rəqsi” — Uilyam Şekspirin məşhur faciəsinə əsaslanan ustadın yeni və iddialı səhnə əsəridir. Doğma San-Sebastyana qayıdan Errera bu iki hissəli tamaşanı Viktoriya Euxeniya Teatrında nümayiş etdirərək yaradıcılığında əlamətdar mərhələ yaşayıb.
Əvvəlki avtobioqrafik işlərindən sonra sənətçi öz yaradıcılığında keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyur. Yeni tamaşa onun sənətə daha yetkin və dərin yanaşmasını əks etdirir. İfaçıların hərəkətləri enerji və dəqiqliyi ilə seçilir. Xüsusilə Hamlet və Ofeliya arasında olan lirika dolu duet — sevgi və kədər yüklü səhnə — tamaşaçılarda güclü emosiyalar doğurur.
“Hamlet, melanxoliklərin rəqsi” flamenkonun emosional ifadəsini, teatr sənətinin dramatizmini və güclü musiqi müşayiətini özündə birləşdirir. Donostiarra Orfeyon xorunun səsləri və ehtiraslı flamenko vokalı Şekspirin mətninə dərinlik və estetik gözəllik qatır.
Bu unudulmaz rəqs axşamını qaçırmayın – Xesus Erreranın yaradıcılığında dönüş nöqtəsi olacaq