Holoqram Sirk Şousu

Tədbir haqqında

Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı:  QR bilet

🎪 Hologram Show Circus Sea Breeze-də! 
Azərbaycanda ilk dəfə təqdim olunan möhtəşəm premyera!
Bu sadəcə sirk deyil, incəsənət və texnologiyanın birləşdiyi unikal tamaşadır. İşıq, musiqi və qrafik effektlər səhnəni sehr dolu məkana çevirir.

🌍 Proqramda tamaşaçıları gözləyir:
- zalı gülüşlə dolduran kloun,
- peşəkar jonqlörlər,
- cəsarətli akrobatların pərş və lent nömrələri,
- yüksək ustalıq tələb edən stul nömrəsi,
- güclü və sinxron dördlük akrobatlar,
- nəfəs kəsən rolik üzərində nömrə,
- sirli və möhtəşəm transformasiya,
- insan imkanlarının sərhədlərini göstərən ekvilibr nömrəsi.

🌌 Programın zirvəsi - The Hologram Circus Show. Bu, heyvanların və fantastik obrazların 7D qrafik formatında canlandığı müasir  tamaşadır. Azərbaycanda ilk dəfə Circus Sea Breeze səhnəsində təqdim olunacaq bu şou tamaşaçılar üçün əsl sensasiya olacaq!

🎤 vokal, işıq effektləri və dinamik musiqi ilə müşayiət olunan tamaşa reallıqla illüziyanı birləşdirən unudulmaz ab-hava yaradacaq.

🎭 The Hologram Circus Show- dünya səviyyəli premyera, yaddaşlardan silinməyəcək bir təcrübə olacaq!

🚍 Şouya gəlmək indi daha rahatdır — Koroğlu metro stansiyasından CIRCUS SEA BREEZE-ə və geriyə dönüş üçün “Bilet + Nəqliyyat” bileti əldə edən tamaşaçılar üçün transfer xidməti nəzərdə tutulub. Standart biletlərə nəqliyyat daxil deyil.

Tədbirə gediş üçün avtobusların hərəkət cədvəli aşağıdakı kimidir:

18:30 seansı üçün

  • Avtobusun çıxış vaxtı: 17:50

  • Sərnişinlərin toplanma vaxtı: 17:15

14:30 seansı üçün

  • Avtobusun çıxış vaxtı: 13:50

  • Sərnişinlərin toplanma vaxtı: 13:15

17:30 seansı üçün

  • Avtobusun çıxış vaxtı: 16:50

  • Sərnişinlərin toplanma vaxtı: 16:15

 

Yaş məhdudiyyəti / Dil

3+ / Multilingual
Holoqram Sirk Şousu Holoqram Sirk Şousu

Məkan yeri
"Circus Sea Breeze" Luna Park və Water Parkın ərazisində yerləşir.