Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Çin Sirki: Santa və Qızıl Əjdaha
Azərbaycanda ilk dəfə – Çin sirki
🎉 Xüsusi kampaniya: Noyabrın 30-dək bütün biletlər cəmi 15 AZN
Bu qış Circus Sea Breeze sizi əsl Çin ab-havasına qərq edəcək — rənglərin, enerjinin və yüzillik sirk ənənələrinin birləşdiyi xüsusi bir səhnə dünyasına. Azərbaycanda ilk dəfə təqdim olunan Çin sirki dəqiqliyi, misilsiz çevikliyi və dünya səviyyəli akrobatik çıxışları ilə tanınır.
Tamaşaçılar Çin mədəniyyətini əks etdirən möhtəşəm bir proqram izləyəcəklər: kalioqrafiya qədər dəqiq hərəkətlər, Şaolin intizamını xatırladan sinxronluq, yalnız peşəkar Çin truppalarına məxsus plastikaya və ustalığa sahib akrobatlar. Hava nömrələri, balans, piramidalar və dinamik səhnə performansları şounu canlı bir Çin əfsanəsinə çevirir.
Şərqin cazibəsi Yeni il ab-havası ilə tamamlanacaq: Santa, böyük yolka, qırmızı fənərlər, qızılı detallar, musiqi və işıq effekti şouya xüsusi bayram ovqatı qatır. Gologramlar, animasiyalar və 7D effektləri isə tamaşaçıları sanki işıqlarla bəzədilmiş bayram Pekininə aparacaq.
13 dekabrdan 11 yanvara qədər Sea Breeze Şərq mədəniyyəti ilə qış möcüzəsinin qovuşduğu məkana çevriləcək.
Bu şou görülməli, bu emosiyalar yaşanmalıdır.
🚍 Transfer xidməti
Şouya gəlmək indi daha rahatdır!
“Bilet + Nəqliyyat” kateqoriyalı bileti alan tamaşaçılar üçün “Koroğlu” metrosu ↔ Circus Sea Breeze” istiqamətində avtobus xidməti fəaliyyət göstərəcək.
🔸 Standart biletə nəqliyyat daxil deyil.
🔸 Avtobus seans başlamazdan 1 saat əvvəl hərəkət edir.
