Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Bakı Dövlət Sirki – “Yeni İl Karvanı”
Bakı Dövlət Sirki 20 dekabr – 11 yanvar tarixlərində Yeni il mövsümünə xüsusi olaraq hazırladığı “Yeni İl Karvanı” proqramını təqdim edir. Dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş peşəkar sirk ustalarının iştirakı ilə hazırlanmış bu şou tamaşaçılara həm ənənəvi, həm də müasir sirk nömrələrini təqdim edəcək.
Proqram çərçivəsində moto şou, heyvan nömrələri, kloun epizodları, hava akrobatikası, pəhləvan performansları və digər maraqlı çıxışlar nümayiş olunacaq. Uşaqlar üçün Şaxta Baba və Qar Qızın iştirakı ilə bayram ab-havası yaradılacaq.
Tarix: 20 dekabr – 11 yanvar
Məkan: Səbail rayonu, Su İdman Sarayının yanında, akademik Ə.Yaqubov küçəsi 15
Biletlər: iTicket.az
3 yaşa qədər uşaqlara bilet tələb edilmir. 3 yaşdan yuxarı uşaq və böyüklər üçün bilet alınmalıdır.
