Fiqaronun toyu

Tədbir haqqında

Pyer Bomarşe “Fiqaronun toyu”

Yaş həddi: 18+

Müəllif: Pyer Bomarşe

Quruluşçu rejissor: Nicat Kazımov (Əməkdar artist)

Baş rolların ifaçıları: Kəmalə Müzəffər (Əməkdar artist), Rasim Cəfər (Əməkdar artist),  Elnur Bəhramxan (Əməkdar artist), Sevinc Əziz, Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Bəhram Əliheydər, Sənan Kazımov, Aydan Həsənzadə, İlahə Həsənova

Janr: komediya

Tamaşanın müddəti:   - ikihissəli

I hissə- 1 saat

II hissə-1saat

 

         Dünya teatrlarının sevimli tamaşası olan Bomarşenin “Fiqaronun toyu” Azərbaycanda ilk dəfə 1940-cı ildə Akademik Milli Dram Teatrında hazırlanmışdır. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı dünyanın ən mötəbər səhnələrində oynanılan bu əsərə 83 ildən sonra müraciət edərək,  2024-cü ilin  repertuar planına salmışdır. 

         Çox maraqlı süjet xətti olan bu komediyada ətrafındakı bütün qadınlara şəhvət düşgünlüyü ilə baxan Qraf Almaviva Süzannaya meylini salıb və onun Fiqaro ilə toyuna mane olmaq istəyir.

         Tamaşada Qrafla Fiqaro  arasında baş verən münaqişə komik nüanslarla zəngindir. Süzanna, Fiqaro və Qrafinya yolunu azmış Qraf   üçün tələ qururlar. Qraf da öz hiyləsi ilə  düşünür ki, Kiqrafinyanın sədaqəsizliyini üzə çıxara biləcək. Lakin Qrafın hiyləsi baş tutmur, qapı arxasından Süzannanın çıxdığını görən qraf pərt olur.

Qraf Almavivanın qulluqçusu Fiqaro və onun nişanlısı, onlarla əlbir olan  xidmətçi sahiblərindən daha ağıllı, daha düşüncəlidirlər.  Məhz ona görə də  bütün maneələri məharətlə dəf edə bilirlər.     

Nəhayət, Süsanna ilə görüşə nail olan Qraf öz bağçasında onun yolunu gözləyir. Qrafinya  Süzannanın paltarında Qrafın görüşünə gedir. Qraf Süzanna əvəzinə Qrafinyanı görəndə çaşır, xanımından üzr istəyir. Qrafinya onu bağışlayır. Süzanna isə Qarafinyanın paltarında Fiqaronun görüşünə gəlir. Qəlbi narahat Fiqaro Süzannanı özgə paltarında görüb onu tanıyır, sevgilisi haqqında yanlış fikirlərə düşdüyünə görə peşiman olur.

Məzhəkə üslubunda hazırlanan tamaşada məşhur bəstəkarlar – Motsart və Rossininin musiqilərindən istifadə olunmuşdur.

Bir oyun kimi qurulan bu tamaşa insanlara sevgidə, ailədaxili münasibətlərdə sədaqətli olmağı tövsiyə edir.

Yaş məhdudiyyəti / Dil

18+ / Azərbaycanca
Fiqaronun toyu Fiqaronun toyu

Məkan yeri
Nizami küçəsi 72, Bakı, Azərbaycan