Ölülər

Tədbir haqqında

“Ölülər” əsərində ilk hadisə məktubun gəlməsi və Kərbəlayi Fətullahın dirilmə xəbəri ilə başlayır. Ardinca Şeyx Nəsrullah gəlib ölüləri diriltmə adı altında camaatın pulunu mənimsəyir, hər gecə bir qız uşağı alır və sonda da heç kimin xəbəri olmadan qaçır. Burada Kefli İsgəndər obrazı, əsərin qəhrəmanların biri olmasına baxmayaraq bu hadisəyə heç nə etmir, etmək cəsarətini özündə tapmır. Lakin sonda Şeyx Nəsrullah işini bitirib qaçandan sonra meydana çıxır və söz oyunu ilə camaatı oyatmağa çalışır. Bu da gec olur... 

Tamaşada əsas vurğu insanların diri ola-ola ölü kimi yaşamaqlarına, hər daim yuxuda olduqlarına, yatdıqlarına, şirin yuxudan oyanmaq istəmədiklərinə vurulub. Lakin Şeyx Nəsrullaha inanmaları da onların qorxularından yaranan yalanlardır. Qorxudan yalan danışılır, yalan
danışdıqları üçün də qorxurlar. Və bu da zəncirvari davam edərək hər kəsi öz ağuşuna alır. Tamaşanın ideyası da məhz buradadır ki, nə vaxta qədər qorxudan yalana, yalandan qorxuya zəncir bağlayacaq olsaq bizim sonumuz ölülər kimi
olacaq. Mesaj isə oyanmaq vaxtıdır, cəhalətdən çıxmaq, bəzi “inanclardan” qurtulmaq, qorxunu tərk etməkdir.

Yaş məhdudiyyəti / Dil

12+ / Azərbaycanca
Ölülər Ölülər

Məkan yeri
Füzuli Küçəsi 1, Bakı, Azərbaycan