Ledi Maqbet

Tədbir haqqında

Vilyam Şekspir “Ledi Maqbet”

Rejissor Nicat Kazımov V. Şekspirin “Maqbet” faciəsi əsasında işlədiyi “Ledi Maqbet” tamaşasında hadisələrin mərkəzi hərəkətverici qüvvəsi kimi, tamaşanın əsas obrazı olaraq diqqəti Ledi Maqbetin üzərində cəmləşdirib. Ledi Maqbet əsas qəhrəmanın – Maqbetin səviyyəsinə qaldırılıb, vurğu və diqqət xeyir-şər, sehr-cadu motivi ilə yanaşı, qadın məkrinə yönəlib. Personajlar tarixi şəxsiyyətlərdir. Tamaşa qisas arzusunun, şöhrətpərəstliyin və təqsirkarlığın ifrat dərəcəsini göstərir.
Maqbetin Dunkanı öldürməsi geri dönüşü olmayan nöqtədir. Şər hər zaman şər doğur və bu, getdikcə hər tərəfi öz caynağına alır. Maqbet və Ledi Maqbet cinayətlərini gizlətmək üçün qan tökməyə davam etməyə məcbur olurlar. Nəhayət Maqbetin Kral olmaq həvəsi onun məhvinə gətirib çıxarır. O, cadugərlərin peyğəmbərliklərini təkəbbürlə yanlış şərh edir, onların şöhrət vədinə inanır. O, eşitmək istədiklərini eşitmiş, inanmaq istədiklərinə inanmışdı. Günah hissi onların arzuladıqları gücdən tam həzz almalarına mane olur. Günahkarlıq hissi Ledi Maqbetə əzab verməkdə davam edir. Bu günah onların hər ikisini dəliliyə və İlahi ədalətin hökmü ilə ölümə sürükləyir.
Bu gün də dünyada hökmranlıq hərisliyi ilə yananlar, öz uydurduqları yalanlara inananlar, şər-böhtana alət olanlar var. Ona görə "Maqbet" bu gün də aktuallığını saxlayır.

Yaş məhdudiyyəti / Dil

6+ / Azərbaycanca
Ledi Maqbet Ledi Maqbet

Məkan yeri
Füzuli Küçəsi 1, Bakı, Azərbaycan