Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun 80 illiyi münasibəti ilə "Qorxma, mən səninləyəm!" (Yuli Qusmanın eyniadlı filmi əsasında) tamaşası nümayiş olunacaq.
Bəstəkarın musiqisi əsasında hazırlanan tamaşanın bədii rəhbəri, teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru isə teatrın baş rejissoru Cavid İmamverdiyevdir.
Yaradıcı heyət:
Quruluşçu dirijor Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeyster Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterlər Əməkdar artist Emin Əliyev, quruluşçu rəssam Vüsal Rəhim, konsertmeyster Fidan Əliyeva, rejissor assistenti Tamilla Aslanova
Tamaşada Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Boris Qrafkin, Ələkbər Əliyev, Əzizağa Əzizov, Çingiz Əhmədov, Nahidə Orucova, Şövqi Hüseynov, Almaz Ələsgərova, Prezident mükafatçısı Mehriban Zaliyeva, aktyorlar Rauf Babayev, Elçin İmanov, Ülviyyə Əliyeva, Eleonora Mustafayeva, Nicat Əli, Leonid Klets, Fərid Rzayev, Telli Hüseynova, Təranə Əliyeva, Əli Kərimov, Murad Əliyev, eləcə də teatrın xor və balet truppasının artistləri iştirak edəcəklər.
Xatırladaq ki, 44 il öncə çəkilmiş "Qorxma, mən səninləyəm!" filminin əsasında Musiqili Teatrda fərqli quruluşda hazırlanan eyniadlı tamaşa tanınmış rejissor və ictimai xadim, 60-cı illərin KVN komandasının məşhur kapitanı, Azərbaycanın Xalq artisti Yuli Solomonoviç Qusmanın da 80 illik yubileyi münasibətilə göstərilib.
Polad Bülbüloğlunun sehrli musiqiləri ilə unudulmaz anlar yaşamaq istəyənlər biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, "ASAN xidmət" mərkəzlərindən, eləcə də "İticket.az" saytından əldə edə bilərlər.