"Min bir gecə nağılları"ndan tanıdığımız “Əlibaba və qırx quldur” da teatrın repertuarında möhkəm yer tutur. Əlibabanın tamahkar qardaşının başına gələn acınacaqlı hadisələr fonunda yalnız zəhmət və onun halal bəhrəsi ilə xoşbəxt olmağın mümkünlüyü göstərilir.
Rəngarəng səhnə geyimləri, arxa və yan planlardakı çalarlılıq, fərqli səhnə elementlərinin müxtəlifliyi diqqəti cəlb edir.