"BİR TORBA ALMA"
"Bir zamanlar çoxuşaqlı bir Dovşan yaşayırdı..." – məhz belə başlayır "ARTBƏNDƏ" Yaradıcılıq Birliyi tərəfindən həm balaca, həm də böyük tamaşaçılar üçün təqdim olunan oyun.
Bu, uşaqların və valideynlərin müxtəlif rollarda çıxış etdiyi, hiyləgər "İnteraktiv Kvadratın" tapşırıqlarını yerinə yetirdiyi interaktiv nağıl-oyundur. Tamaşaçılar əllərindən gələni edirlər ki, Dovşan və onun "dörd oğlu və bir Gözəl qızı" ac qalmasınlar.
Oyun zamanı uşaqlar dostluq, qarşılıqlı kömək və ailə kimi anlayışların möcüzəvi xüsusiyyətlərini dərk edirlər.
Uşaqlarla teatr və kino aktyoru Leonid Klöts oynayır.
Ssenari: Leonid Klöts, Konstantin Soldatov
Rejissor: Konstantin Soldatov
Tamaşa rus dilində təqdim olunur.
Üçüncü zəngdən sonra tamaşaya giriş mümkün deyil.