Utancaq Qız

Tədbir haqqında

Səhnə əsərinin məzmunu: 

"Təsəvvürünüzə bir kişi gətirin, bu kişinin arvadı az əvvəl özünü pəncərədən atıb öldürmüşdür."

İntihar edən yeniyetmə qız və bunun səbəbini axtaran sələmçi əri. Ümidsizlik, çarəsizlik, insan daxilinin qaranlıq tərəfləri, get-gedə artan psixoloji gərginlik, özünə bəraət və etiraflar. O qız niyə özünü öldürdü? Mənəvi cinayətin cəzası nədir? Sələmçi tamaşa boyu bu suallara cavab axtarır. Dedikləri bəzən onu qurbana, bəzən də cəllada çevirir. 
Suallar isə getdikcə dərinləşir və açılmaz düyünlər yaradır.

Müəllif: Fyodor Dostoyevski
Janr: Dram
Səhnələşdirmə müəllifi: Mirtalib Həsənov
Quruluşçu rejissor: Mirtalib Həsənov
Aktyor: Orxan Bakinskiy
Quruluşçu rəssam: Fidan Şərifova
Səhnə Tərtibatı: Anar Bulud
Musiqi tərtibatı: Fuad Məmmədov

Müstəqil Sıfır Teatrı, sizi, özünüzü tamaşanın bir parçası kimi hiss etməyə və oyuna daxil olmağa dəvət edir. 
Sıfır - sənətin bütün stereotiplərdən arınmış halıdır.

Yaş məhdudiyyəti / Dil

16+ / Azərbaycanca
Utancaq Qız Utancaq Qız

Məkan yeri
Flora Hostel (2-ci mərtəbə)