Global HR Forum 2 - İnsan Resursları Sektorunun Növbəti Zirvəsi Heydər Əliyev Sarayında
İnsan resursları sahəsində fəaliyyət göstərən peşəkarlar, bu sahədə təhsil alan gənc liderlər, idarəetmə sahəsində çalışanlar, HR sahəsində karyera qurmaq və inkişaf etdirmək istəyənlər, eləcə də A-dan Z-yə bu sahəyə maraq göstərən hər kəs üçün bənzərsiz bir fürsət təqdim edirik!
Global HR Forum 2 – HR sektorunun ən nüfuzlu və yüksək səviyyəli tədbirlərindən biri olmaqla yanaşı, dünyaca məşhur alimlərin, beynəlxalq kouçların və peşəkar HR liderlərinin spiker qismində iştirak edəcəyi unikal platformadır. Forum çərçivəsində yeni trendlər, inkişaf strategiyaları və insan resursları sahəsindəki innovasiyalar geniş şəkildə müzakirə ediləcək. İştirakçılar həm nəzəri bilik, həm də real iş dünyasında tətbiq olunan praktiki yanaşmalarla tanış olmaq imkanı əldə edəcəklər.
Forumun sonunda iştirakçılar:
PANEL 1: "İnsan Mərkəzli Transformasiya: HR-ın Yeni Missiyası"
Bu panelin əsas məqsədi iş mühitində insan faktorunun dəyərini qorumaq, liderlikdə empatiyanın rolu və HR strategiyalarının dəyişən sosial və psixoloji trendlərə uyğunlaşdırılmasıdır.
PANEL 2: "Texnologiya və Strateji HR: Gələcəyi Formalaşdırmaq"
Bu panel texnoloji innovasiyaların HR sahəsində istifadəsi, süni intellekt və data analizinin işə qəbul və performans idarəsinə təsiri üzərində qurulacaq.
Bu tədbir, HR sahəsində öz bilik və bacarıqlarını artırmaq, peşəkar şəbəkəsini genişləndirmək və beynəlxalq səviyyədə tanınmaq istəyən hər kəs üçün nadir fürsətdir.