"Malefisenta və Yatmış Gözəl" – musiqili tamaşa
Malefisenta tərəfindən kiçik Avrora üzərinə qoyulmuş lənət, yalnız onun deyil, elə Malefisentanın da taleyini dəyişə bilər. Qorxulu sehrin qarşısını almaq mümkündürmü? Bəs sevgi və mərhəmət hər şeyi dəyişə bilərmi?
Bu möhtəşəm musiqili tamaşa sehr, dostluq və sevginin gücündən bəhs edir. Tamaşaçılar sehrli bir dünyaya səyahət edəcək, musiqi və qeyri-adi dekorasiyalarla dolu möhtəşəm bir səhnə şousuna şahid olacaqlar.
Malefisenta öz taleyini dəyişə biləcəkmi? Bunu öyrənmək üçün bu sehrli nağılda bizimlə birlikdə olun!