Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
🔸 PULSUZ GİRİŞ: 3 yaşa qədər uşaqlar üçün (valideyn üçün bilet zəruridir)
Azərbaycanda ilk dəfə tətbiq olunan yeni formatda hazırladığımız “Kozmik Birliyin Qəhrəmanları – İnteraktiv Kosmos Macərası” oyununda LED işıqlı “Güc Biləklikləri” vasitəsilə hər bir uşağa fərqli rənglər və missiyalar təyin olunur. Duman, lazer, LED poi, işıq, səs və xüsusi effektlər macəranı daha da həyəcanlı və real hala gətirir.
Dünyada satış rekordları qıran oyunların hazırlandığı “Unity 3D” oyun mühərriki üzərində qurulmuş bu layihə uşaqlara maarifləndirici, əyləncəli və interaktiv kosmik macəra təqdim edir. Böyük ekranda nümayiş olunan bu macəra sadəcə əvvəlcədən çəkilmiş video deyil, iştirakçıların sürətinə və qərarlarına uyğun hərəkət edən real kompüter oyunudur.
Uşaqlar, onlar üçün xüsusi hazırlanmış kosmik gəmi ilə uzaq qalaktikalara səyahət edərkən əyləncəli videolar vasitəsilə verilən tapşırıqları yerinə yetirəcək. Bu müddətdə onlar atmosfer qatlarını, əsas astronomiya biliklərini, Günəş sistemini və planetləri öyrənməklə yanaşı, ətraf mühitin qorunması, tullantıların çeşidlənməsi və təkrar emalı, qlobal istiləşmə, bərpa olunan enerji mənbələri, heyvanların sevilməsi və qorunması mövzularında da məlumat əldə edəcəklər.
Qalaktikalararası səyahət zamanı kosmik gəmi qeyri-adi effektlər, rəqslər və şoular müşayiətində qalaktikadan qalaktikaya sıçrayışlar edərək uşaqları həyəcanlandıracaq.
Şou bitdikdən sonra isə bütün iştirakçılar xüsusi hazırlanmış foto çərçivə və photo wall qarşısında xatirə şəkli çəkdirəcək, həmçinin “Qəhrəman kimlik kartları” hədiyyə alacaqlar.

15 ₼-dan
12 ₼-dan
15 ₼-dan
15 ₼-dan
15 ₼-dan
15 ₼-dan