Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
🔹 4 yaşına qədər uşaqlar üçün giriş pulsuzdur 👧🏻🧒🏻 (valideynin bileti olduqda)
Kikido kanalının ən məşhur iştirakçılarından Amina və Kamil yenidən Bakıda yeni proqramları ilə! Sizi enerji dolu konsert, Kamillin və Aminanın yeni solo trekləri, eləcə də hamının sevdiyi “İnstagramı Partladacağıq”, “Kayfovill”, “Şirin Qız”, “Sirli Qız” və daha bir çox hitlər gözləyir.