Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə (Bədii rəhbər və baş dirijor Mustafa Aşurov) təqdim ediləcək “Muğam dəstgahları”nda “Zabul segah” və “Bayatı Kürd” səslənəcək. Muğamlar Əməkdar artistlər Sevinc Sarıyeva, Bəyimxanım Vəliyeva, Qoçaq Əsgərov və xanəndə Elbrus Niftəliyevin ifasında təqdim olunacaq.