2025-ci il oktyabrın 16-da Vienna Strauss Philharmonie Orchestra Bakıda konsert proqramı ilə çıxış edəcək.
Kollektiv Motsart, Brams, Haydn, Albinoni, Bax, parlaq Kalman və əlbəttə ki, Ştraus sülaləsinin əsərlərindən ibarət proqram təqdim edəcək.
Orkestr 2014-cü ildə dünyaca məşhur Motsart Orkestrinin qurucusu Gerald Grünbacher (Vyana, Avstriya) tərəfindən yaradılmışdır.
Orkestrin dirijoru — uzun və uğurlu karyeraya malik, istedadlı və xarizmatik maestro Andraş Deakdır.
Bu tur üçün Avstriya, Macarıstan, Yaponiya, Ukrayna, Almaniya, Polşa, Tayvan, Xorvatiya və Kiprdən olan 27 musiqiçi xüsusi münsiflər heyəti tərəfindən seçilmişdir.
Kollektivin əsas məqsədi Vyana musiqi mədəniyyətinin qorunması və inkişaf etdirilməsi, həmçinin onun Avropa və beynəlxalq səviyyədə tanıdılmasıdır.
Baş dirijor Andraş Laslo Deak — tanınmış maestro və parlaq musiqi rəhbəri — iki bölmədən ibarət konserti böyük enerji ilə idarə edəcək.
Andraş Deak dünyanın bir çox məşhur konsert zallarında aparıcı orkestrlarla çıxış etmişdir:
2006-cı ildə Andraş Laslo Deak Vyana Musiqvereyn konsert zalına Vyana Motsart Orkestrinin dirijoru kimi dəvət olunmuş və o vaxtdan bu tanınmış kollektivin daimi qonaq dirijoru olmuşdur.
Təşkilatçılar bu axşamın UNUDULMAZ və SEVİNC DOLU ANLAR yaşadacağına ümid edirlər.
Tədbir qonaqları “Sürətli Keçid” xidmətini əldə etməklə Bakı Konqres Mərkəzinin "B" girişindən Mərkəzin ərazisinə daha rahat və sürətli keçid edə bilərlər. Bu əlavə xidmət bileti tədbirə giriş üçün nəzərdə tutulmayıb. Tədbirə daxil olmaq üçün tədbir bileti əldə etmək zəruridir.
Tədbir qonaqları “Sürətli keçid + Avto dayanacaq” xidmətini əldə etməklə Bakı Konqres Mərkəzinin Təbriz küçəsi tərəfindən "B" girişinin önündə məhdud sayda olan dayanacaqdan istifadə edə bilərlər.