Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin 5 illiyinə həsr olunmuş xüsusi konsert proqramını təqdim edir.
Bu möhtəşəm musiqi axşamında vətənpərvərlik ruhunu, zəfər coşqusunu və xalqımızın azadlıq uğrunda apardığı şərəfli mübarizəni əks etdirən klassik və müasir musiqi nümunələri səslənəcək. Konsert, həm də qalibiyyətimizin, şəhidlərimizin əziz xatirəsinə və müzəffər ruhumuza ehtiramın təzahürüdür.
Gecədə Xalq artistləri Azər Zeynalov, Mənsum İbrahimov, Samir Cəfərov, Fidan Hacıyeva, Əməkdar artistlər Ramil Qasımov, Təyyar Bayramov, Fərid Əliyev, İnarə Babayeva, Cahangir Qurbanov, solistlər Aytac Şıxəlizadə, Taleh Yəhyayev və digər tanınmış sənətkarlar çıxış edəcəklər.
Konsertin dirijoru – Əməkdar artist Əyyub Quliyev.
Gecədə ilk dəfə bəstəkar Şahin Musaoğlunun “44 Zəfər Oda”sı səslənəcək.