Hans Zimmerə həsr olunmuş konsert

Tədbir haqqında

✨ Unikal konsert aprel ayının 26-da saat 19:00/20:30-da şəhərin mərkəzində ,Bakının əsas planetariumunun ulduz günbəzinin altında keçiriləcək.Gecənin proqramında dünya şöhrətli bəstəkar Hans Zimmerin musiqilərini mükəmməl şəkildə,rəngarəng ifaları ilə Kamera musiqisinin incə ustası Əsədullayeva Nigar  yüzlərlə yanan şamların əhatəsində ifa edecək. Bütün ailənin zövqünə zəmanət verilir.

Uzun müddət xatirələrdə qalan  gözəl  bir musiqi səyahəti sizi gözləyir! Başgicəlləndirici video instalyasiyaların müşayiəti ilə fantastik dərəcədə gözəl canlı musiqi.

Zimmer - "Ceyms Bond" , " Ulduzlararası ", " Başlanğıc" , "Dune" , "Qladiator"  , "Karib dənizinin quldurları" və yüzlərlə kinoxit haqqında filmlərin saundtrekilərinin müəllifidir.

Hans Zimmer 21-ci əsrin ən məşhur , nüfuzlu və kommersiya cəhətdən uğurlu film bəstəkarlarından biridir. Son zamanların Hollivud kinosuna və ümumiyyətlə pop mədəniyyətinin tarixinə böyük təsir gösteren bir insandir. O , Almaniyada bir yəhudi ailəsində anadan olub və uşaq ikən Londona köçüb. Atasını kiçik yaşlarında itirib və bu kədərdən özünə musiqidə sığınacaq tapmışdı.

Hollivudda Hans Zimmerə "alman maşını" adını qoyublar. Daimi karyerası ərzində heç vaxt işini durdurmayıb və işinin  keyfiyyətini aşağı salmayıb. Başgicəlləndirici,gərgin simfonik hissələrin və elektronikanın ustası olan Zimmer, rejissor Christopher Nolan ilə olan əməkdaşlığı sayəsində xüsusi  ilə populyarlaşdı. Hans demək olar ki,onun bütün filmləri üzərində işləyib.

Konsertin proqramında seçilmiş kompozisiyalar : " Ulduzlararası ", " Başlanğıc" , "Qladiator"  , "Karib Dənizinin Quldurları" və s yer alıb.

Bakı planetariumu həqiqətən kosmik hisslər bəxş edir! Burada planeti asteroidlərdən xilas edə, göydən bir ulduz tuta və əlinizlə aya çata bilərsiniz. Ən son nəsil texnologiyaları ilə təchiz olunmiş planetariumu ziyarət etmək  əsl dünya  səyahətinə çevirir.

Musiqini qəlbinizə axıtmağın və bu inanılmaz macəranı Əsədullayeva Nigarla birlikdə yaşamağın vaxtı gəldi!

Konsertin idarə və təşkilat agentliyi RED EVENTS & Distribution ltd, Böyük Britaniyada,Avropada,Rusiyada və digər ölkələrdə ,Azərbaycanın qədim malikənərində şam işığında ,damlarda,istixanalarda,planetariumlarda və digər ən atmosferli yerlərində möhtəşəm , mədəni tədbirlər təşkil edirlər. Həm də repertuarda video,səs məkanında şam işığı konsertləri və multimedia konsertləri də var. 

Salonda mükəmməl birləşmə : kamera atmosferi və ansablın ifası gecəni  unudulmaz edəcək.Aprel ayının ən gözəl,sehrli konsertinə bilet almaq fürsətini qaçırmayın.

Saat 19:00 və 20:00-da başlayır.

Ünvan:Bakı, Neftçilər prospekti,40,AZ1000,("Tusi-Bohm " planetarium "Park Bulvar" ticarət mərkəzinin dördüncü mərtəbəsində yerləşir).

İFAÇI HAQQINDA Konsert sirli ,sehiri pianoçu Əsədullayeva Nigarın unikal ifası ilə yaradılacaq.Əsədullayeva Nigar  Bakıda anadan olub. Bakı Musiqi Akademiyasında təhsil alıb, hal hazırda Rəşid Behbudov adına 2 saylı musiqi məktəbində çalışır.

Proqram

  • He’s a pirate
  • Now we are free
  • This land
  • Mermaids
  • Interstellar
  • Madagascar
  • Time
  • Circle of life
  • I see dead people in boats
  • The battle
  • Jack sparrow
  • Chevaliers
  • Can you feel the love tonight
  • Davy Jones
  • The medallion calls

*Proqramda dəyişiklərin mümkun olduğuna diqqət yetirin!

Yaş məhdudiyyəti / Dil

6+
Hans Zimmerə həsr olunmuş konsert Hans Zimmerə həsr olunmuş konsert