Martın 5-də keçiriləcək "Əsrlər boyunca" adlı konsert proqramında Əməkdar artist, Beynəlxalq festival və müsabiqələr laureatı, pianoçu Rəna Rzayevanın ifasında xarici və yerli bəstəkarların yaradıcılığından nümunələr səslənəcək. Musiqi gecəsində həmçinin "Əbədi qayıdış" kitabı təqdim ediləcək.