İllərdir sosial şəbəkələrdə öz ifa tərzləri ilə böyük rəğbət qazanan və səsləri Azərbaycan sərhədlərini aşan Habil Məmmədov və tələbələri, 3 may tarixində Avropa Azərbaycan Məktəbinin (Badamdar filialı) tədbir zalında "O Sənli Günlərim" adlı solo konsert proqramı ilə çıxış edəcəklər.
Bu unudulmaz gecədə Azərbaycan xalq və bəstəkar mahnıları ilə yanaşı, türk musiqisinin seçmə nümunələri də səslənəcək, tamaşaçılara özünəməxsus musiqi zövqü bəxş olunacaq.