Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
17 dekabr 2025-ci il saat 19:00-da Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Uşaqların səsi” adlı konsert proqramı ilə çıxış edəcək.
Konsertdə Filarmoniyanın “Səda” uşaq xoru və vokal dərnəyinin üzvləri birgə hazırladıqları parlaq ifalarla tamaşaçıların qarşısına çıxacaqlar.
Qeyd edək ki, “Səda” uşaq xorunun bədii rəhbəri Aysel Mehdizadə, vokal dərnəyinin müəllimi isə Leyla Aslanovadır.
Uşaqların saf və enerjili səsləri bir araya gələrək unudulmaz bir musiqi axşamı yaradacaq.

5 ₼-dan
30 ₼-dan
12 ₼-dan
4 ₼-dan
30 ₼-dan
35 ₼-dan