13 sentyabr 2025-ci il tarixində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert proqramı təqdim ediləcək. Tədbir Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun şanlı tarixini ehtiramla yad etmək, milli birliyi və vətənpərvərlik ruhunu yaşatmaq məqsədi daşıyır.
Proqram çərçivəsində bir çox məşhur idaçılar,kollektivlər, orkestrlərin iştirakı ilə yaddaqalan musiqi kompozisiyaları təqdim olunacaq. Tədbirə xüsusi rəng qatan Gəncə şəhərində təşkil olunacaq hərbi yürüş isə Azərbaycan-Türkiyə qardaşlığının canlı simvoluna çevriləcək.
Bu tarixi gecəyə siz də qoşulun — qəhrəmanlıq tariximizi birlikdə yaşayaq!