Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçiliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə əməkdaşlığı ilə 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert proqramı təqdim olunacaq. Konsertdə ŞKTC-nin tanınmış ifaçısı Bahar Gökhan Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyevanın rəhbərlik etdiyi musiqi qrupu ilə birgə “Bahar nəğmələri” adlı musiqi çələngini ərməğan edəcək.