Sevda Ələkbərzadə sizi öz musiqi dünyasına qərq olmağa, ruhunuzun dərinliklərinə toxunmağa və yaradıcılığının ecazkar melodiyalarını hiss etməyə dəvət edir. Onun üçün xüsusi əhəmiyyət daşıyan bu gündə müğənni “Sən yadıma düşəndə” adlı konsert proqramında ən sevilən hitlərini səsləndirəcək və bu unudulmaz axşamı sizinlə paylaşacaq.
Tədbir qonaqları “Sürətli Keçid” xidmətini əldə etməklə Bakı Konqres Mərkəzinin B girişindən Mərkəzin ərazisinə daha rahat və sürətli keçid edə bilərlər. Bu əlavə xidmət bileti tədbirə giriş üçün nəzərdə tutulmayıb. Tədbirə daxil olmaq üçün tədbir bileti əldə etmək zəruridir.
Tədbir qonaqları “Sürətli keçid + Avto dayanacaq” xidmətini əldə etməklə Bakı Konqres Mərkəzinin Təbriz küçəsi tərəfindən B girişinin önündə məhdud sayda olan dayanacaqdan istifadə edə bilərlər.