Bu tədbir QR bilet formasında və ya fiziki bilet olaraq şəhərin kassalarında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
QR bilet haqqında daha ətraflı: QR bilet
Sergey Raxmaninovun adı dünya musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur.
Raxmaninov üçün piano sadəcə bir alət deyil, sözlərlə ifadə edilə bilməyən hissləri çatdırmağa qadir olan bir ruh səsidir.
Onun musiqisi ifaçıdan həm texniki bacarıq, həm də səmimi duyğular və daxili güc tələb edir.
Konsertdə səslənəcək əsərlər bəstəkarın üslubunun illər ərzində necə dəyişib və yetkinləşdiyini – romantik başlanğıcdan fəlsəfi dərinliyə qədərki inkişafını göstərir.
Raxmaninovun piano prelüdlərində, konsertlərində insan duyğularının aləmi canlanır: arzu və ümidsizlik, inam və tərəddüd, sevgi və tənhalıq.
Konsert axşamı səhnədə Respublika və beynəlxalq müsabiqələr laureatları Nərgiz Kəngərli, Fəqan Həsənli, Aysel Hacızadə, Firuzə Nəcəfli Qədimalıyeva və Aynur Abdullayeva çıxış edəcəklər.

8 ₼-dan
5 ₼-dan
10 ₼-dan
4 ₼-dan
35 ₼-dan
10 ₼-dan