Sefo Bakıda!
Türkiyənin ən sevilən sənətçilərindən biri Sefo ilk dəfə Bakı Konqres Mərkəzində unudulmaz şou ilə səhnəyə çıxır!
“Bilmem Mi?”, “Isabelle”, “Tutsak” və bir çox hit parçaları ilə milyonların qəlbini fəth edən Sefo, oktyabrın 18-də pərəstişkarlarına enerji dolu gecə yaşadacaq. Müasir səhnə quruluşu, canlı performansı və xüsusi işıq şousu ilə bu konsert uzun müddət yaddaşlardan silinməyəcək!
Tədbir qonaqları “Sürətli Keçid” xidmətini əldə etməklə Bakı Konqres Mərkəzinin B girişindən Mərkəzin ərazisinə daha rahat və sürətli keçid edə bilərlər. Bu əlavə xidmət bileti tədbirə giriş üçün nəzərdə tutulmayıb. Tədbirə daxil olmaq üçün tədbir bileti əldə etmək zəruridir.
Tədbir qonaqları “Sürətli keçid + Avto dayanacaq” xidmətini əldə etməklə Bakı Konqres Mərkəzinin Təbriz küçəsi tərəfindən B girişinin önündə məhdud sayda olan dayanacaqdan istifadə edə bilərlər.